İraq Kürdüstanınn hava zolağına sanksiya qüvvəyə minib
-
İraq Kürdüstanınn hava zolağına sanksiya qüvvəyə minib
Cümə günü Ərbil aerportundan son beynəlxalq uçuşla İraq Kürdüstanınn hava zolağına sanksiya rəsmən başlanıb.
İraqın mərkəzi hökuməti cümə axşamı günü kürd muxtariyyətinin İraqdan ayrılması üzrə birtərəfli qaydada referendumun keçirilməsinə reaksiyada, Kürdüstan istiqamətində bütün beynəlxalq uçuşların cümə günündən dayandırıldığını bildirmişdi.
Bu arada İraq dövlətinin sözçüsü Səəd əl-Hədisi deyib: Ərbil və Sülemyaniyyə aerportları ilə İraqın başqa aeroportları arasında yerli uçuşlar davam edəcək.
İraq baş naziri Heydər əl-İbadi də cümə günü bir bəyanatda mərkəzi hökumətin İraq Kürdüstanı sərhədləri və keçidlərinə nəzarəti haqda deyib: Bu addım qaçaqçılıq və korrupsiyaya mane olmaq məqsədilə atılır və kürd muxtariyyəti əleyhinə tənbeh xarakterli hərəkət deyil.
Həmçinin İranın Yol və Yol Nəqliyyatı Təşkilatı bir bildirişdə bildirib: İraqın mərkəzi hökumətinin müraciəti əsasında, İrandan İraq Kürdüstanına neft məmulatlarının yüklənməsi növbəti bildirişə qədər qadağandır.
Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum İraq dövləti və beynəlxalq ictimaiyyətin qətiyyətli reaksiyasına rəğmən 25 sentyabrda Məsud Barzaninin şəxsi istəyi əsasında keçirildi.