Suriyalı didərginlər könüllü şəkildə ölkələrinə qayıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287893-suriyalı_didərginlər_könüllü_şəkildə_ölkələrinə_qayıdır
İordaniyada yaşayan suriyalı didərginlərin bir çoxu Suriya dövlət qüvvələrinin tədricən ölkəyə nəzarəti əldə etdikləri xəbərini eşitdikdən sonra könüllü şəkildə Suriyaya qayıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2017 15:57 Asia/Baku
  • Suriyalı didərginlər könüllü şəkildə ölkələrinə qayıdır
    Suriyalı didərginlər könüllü şəkildə ölkələrinə qayıdır

İordaniyada yaşayan suriyalı didərginlərin bir çoxu Suriya dövlət qüvvələrinin tədricən ölkəyə nəzarəti əldə etdikləri xəbərini eşitdikdən sonra könüllü şəkildə Suriyaya qayıdırlar.

Çinin CCTV televiziyasının məlumatına görə, İordaniya müdafiə nazirinin məlumatlarına əsasən, bu ölkə hökuməti hər üç gündə 200 suriyalı könüllünü Suriyaya qaytarır və hər gün təxminən 200 suriyalı didərgin ölkələrinə qayıtmaq üçün İordaniyada qeydiyyatdan keçir. 

İordaniya Daxili İşlər Nazirliyinin Qaçqınların Məsələləri üzrə İdarəsinin direktoru Cihad Mətər deyib: Suriyalı didərginlərin qayıtmağa maraqlı olmalarının səbəblərindən biri budur ki, onlar Suriyada qohumları və əməkdaşlarından Suriyada kəndlərin hazırda təhlükəsizlik olduğunu və qayıtmaq üçün şəraitin yaxşı olduğunu eşidirlər. Onların qayıtmaq üçün qərar vermələrinin əsas səbəbi budur ki, onların qənaətincə, ölkəyə qayıtmaq, ailə, qohumların yanında və öz ölkələrində qalmaq İordaniyada qalmalarından yaxşıdır.