Dek 20, 2017 15:16 Asia/Baku
  • Ərəb Liqasından ABŞ-ın vetosuna reaksiya

Ərəb Liqasının baş katibi Amerikanın BMT-nin Təhlükəsizlik Şurasında Qüds ilə bağlı qətnamə layihəsinə qarşı veto haqqından istifadə etməsini pisləyibdir.

Ərəb Liqasının baş katibi Əhməd Əbulqeyt dünən deyib: Qüdsü müdafiə istiqamətində irəli sürülmüş qətnamə layihəsinə 14 lehinə səsin verilməsinə rəğmən, Amerikanın veto haqqından istifadə etməsi göstərir ki, Vaşinqton dünya ictimaiyyətini problemlə üzləşdirmək ardıncadır.

Əbulqeyt vurğulayıb: Ərəb ölkələri bu mətni qəbul etmək və bütün beynəlxalq orqanları onu icra etməyə məcbur etmək üçün BMT-nin Baş Assambleyasına müraciət edəcəklər.

Teqlər