Yan 18, 2018 11:37 Asia/Baku
  • 11 milyon yəmənli uşaq yardım gözləyir
    11 milyon yəmənli uşaq yardım gözləyir

YUNİSEF(UNICEF)-in hesabatı yəmənli uşaqlar üçün insan faciəsinin miqyasından söz açır.

YUNİSEF nümayəndəsi Yəmənin paytaxtı Sənada keçirilən mətbuat konfransında savaşın Yəmən uşaqlarına olan təsirlərinin geniş miqyasını şərh edib.

BMT-nin Uşaq Fondunun hesabatına əsasən, Ərəbistanın Yəmənə qarşı savaşa  başladığı zamandan bəri Yəməndə üç milyondan çox uşaq dünaya gəlib. Həmçinin bu hesabata görə, Yəməndə bir milyon yarım uşaq hələ də pis qidalanmadan əziyyət çəkir.

YUNİSEF nümayəndəsi Meritxel Relano deyib ki, Yəmən savaşının şiddətləndiyi 2015-ci ildən bu yana, Yəməndə üç milyondan çox uşaq dünaya gəlib. Həmçinin bu uşaqların təqribən otuz faizi vaxtından qabaq dünyaya gəlib və cismani cəhətdən nöqsanlıdır. Bundan əlavə, onlar son dərəcə çətin şəraitin hökm sürdüyü bir zamanda dünyaya gəliblər.

Hazırda Yəmən olduqca məhdud dərman ehtiyatları, həmçinin su və qida çatışmazlığından əziyyət çəkir. Həmçinin Yəməndə bir milyon yarım uşaq hələ də pis qidalanmadan əziyyət çəkir. Bu miqdardan 400 min uşaq da geniş surətdə pis qidalanmadan əziyyət çəkir.

YUNİSEF nümayəndəsi əlavə edib: İnkubator aparatlarının çatışmazlığı barədə deməliyəm ki, bu ciddi bir problemdir, amma təəssüflə, əksər uşaqlar xəstəxanalarda dünyaya gəlmirlər. Əlbəttə, BMT Yəməndəki müxtəlif xəstəxanaları himayə edir və çalışır ki, imkan daxilində inkubator cihazları təşkil etsin, zira Yəməndə bu aparatlara ehtiyac olduqca yuxarıdır.

YUNİSEF nümayəndəsi tibb ləvazimatları, dərman və qida maddələri çatışmazlığına bais olmuş Yəmənin mühasirəsinin ləğvini istəyibdir.

Əlsəbəin xəstəxanasının baş müdiri Nasir İbrahim deyib ki, YUNİSEF daxil olmaqla beynəlxalq təşkilatların, həmçinin xəstəxana müdiriyyəti və işçilərinin geniş səylərinə rəğmən, bu xəstəxana öz tutumundan artıq xəstə və müraicət edəni qəbul edə bilməz. Bu xəstəxana hazırda bütün ölkədən olan uşaq və analara xidtmələr göstərir.

YUNİSEF-in məlumatına görə, Yəməndə on bir milyondan çox uşaq humanitar yardımlara ehtiyac duyur ki, bu da bu ölkədəki üşaqların sayına bərabərdir.

Teqlər