Yan 22, 2018 21:32 Asia/Baku
  • Fələstinli nümayəndə: Sionist rejim ölkələrə nüfuz etməyə can atır
    Fələstinli nümayəndə: Sionist rejim ölkələrə nüfuz etməyə can atır

Fələstin İslam Cihadı Hərəkatının İrandakı nümayəndəsi bazar ertəsi günü Tehranda keçirilən "Müqavimət mehvərinin qələbəsində əl-Əqsanın Azadlığı" konfransında bildirib: Sionist rejim dünyada fəsadı yaymaq və nüfuzunu artırmaq ardıncaadır.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Nasir Əbu Şərif həmçinin ABŞ-ın həmişə sionist rejimin işğalçılığı və cinayətlərini dəstəklədiyini bəyan edərək xatırladıb: Vaşinqton 1948-ci ildən indiyə qədər sionist rejimə 200 milyarddan çox yardım edib.

Nasir Əbu Şərif əlavə edib: ABŞ prezidenti Donald Tramp sionistlərin mənafeyi istiqamətində Fələstin əleyhinə yeni planın icrası ardıncadır. Səudiyyə Ərəbistanı isə ABŞ-ın icra qollarından biri olaraq bu layihəni icra edir.

Teqlər