Yəmənlilər səudiyyəlilərin cinayətlərinə reaksiya verdilər
-
Yəmənlilər səudiyyəlilərin cinayətlərinə reaksiya verdilər
Yəmən ordusu və xalq komitələri qüvvələri Səudiyyə Ərəbistanının cənubunda Cizanda ərəbistanlı hərbçilərin toplaşdığı məkanı atəşə tutublar.
Mehr İnformasiya Agentliyinin Sputnikə istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələri qüvvələrinin Cizanda əl-Şəbəkə bazasında səudiyyəli hərbçilərin toplaşdığı məkana qarşı keçirdiyi əməliyyatda səudiyyəlilərə məxsus bir hərbi maşını məhv edilib.
Həmçinin Yəmən ordusu və xalq komitələri qüvvələrinin Ərəbistanın qərbində Cazana etdikləri hücumda 2 səudiyyəli hərbçi öldürülüb.
Əl-Aləm televiziyası da bildirib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyasının muzdlularının əsas başçılarından biri Əbdülqadir Mərit Səna vilayətinin Nihəm cəbhəsində yəmənli qüvvələrin snaperləri tərəfindən öldürülüb.
Bu arada Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyasiyaya məxsus Kütləvi İnformasiya Vasitələri Yəmənin istefa vermiş hökumətinə bağlı ünsürlərdən 83 nəfərin Nihəm cəbhəsində Yəmən ordusu və Ənsarullah qüvvələri ilə toqquşmada öldürüldüyünü etiraf ediblər. Ötən gün də Nihəmdə Yəmənin istefaya getmiş hökumətinə bağlı 45-dən çox ünsür öldürülüb.