Mart 03, 2018 16:43 Asia/Baku
  • BQXK: 15 milyon yəmənli içməli sudan məhrumdur
    BQXK: 15 milyon yəmənli içməli sudan məhrumdur

Beynəlxalq Qızıl Xaç Komitəsi bildirib ki, 15 milyon yəmənli içməli sudan məhrumdur.

Beynəlxalq Qızıl Xaç Komitəsi xəbər verib ki, ötən il nasosvurma aparatlarının yanacaq çatışmazlığı üzündən dayanmış Yəmənin doqquz şəhərinə suyun çatdırılması hələ də həyata keçirilmir.

Beynəlxalq Qızıl Xaç Komitəsi əlavə edib ki, yanacaq çatışmazlığı üzündən nasosvurma aparatlarının fəaliyyətlərinin dayanması Yəmən vətəndaşlarının doxsan faizinin içməli su əldə etmək üçün su tankerlərini gözləməsinə bais olubdur.

Belə bir halda, Ərəbistanın Yəmənə qarşı hücumu və mühasirəsinin davam etməsi Yəməni vəba və difteriya kimi yoluxucu xəstəliklərin yayılması ilə üzləşdiribdir.

Yəmənə qarşı hücum və mühasirə bu ölkə boyu əllidən çox tibb mərkəzinin bağlanmasına bais olmaqla bərabər, su və kanalizasiya sistemini, həmçinin su şəbəkəsi layihələrini hədəfə alıbdır.

Ərəbistan ABŞ, İngiltərə və Birlləşmiş Ərəb Əmirliklərinin himayələri ilə 2015-ci ilin martında Yəmənə hücum etdi və sonra bu yoxsul ərəb ölkəsini quru, hava və sudan mühasirəyə aldı. Ərəbistanın və onun müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on üç mindən çox yəmənlinin həyatına son qoyub və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnibdir.

Teqlər