Mart 08, 2018 18:59 Asia/Baku
  • Qətər hərbi bünövrənin gücləndirilməsi üzrə xüsusi şirkət yaradıb
    Qətər hərbi bünövrənin gücləndirilməsi üzrə xüsusi şirkət yaradıb

Qətərin müdafiə nazirliyi hərbi texnologiya sahəsində araşdırma, inkişaf və müdafiə sənayesində investisiya və hərbi bünövrənin gücləndirilməsi üzrə xüsusi şirkətin yaradılmasından xəbər verib. Şirkətin adı, "Bərzan Əlqabizə"dir.

"Bərzan Əlqabizə" şirkətinin icraçı müdiri Muhəmməd Mubarək Əlxatir deyib: "Bərzan Əlqabizə" şirkəti bu sahədə mövcud olan son texnologiyalardan istifadə ilə Qətərin hərbi imkanlarının güclənidirilməsinə öhdəliklidir, həmçinin hərbi sahələrdə hərbi təşkilatlar və beynəlxalq şirkətlərlə müqavilələr bağlayacaqdır.

Bu qətərli şirkət "Qətərin 2030-cu ilədək olan perspektivi" çərçivəsində təsis olunubdur ki, bu ölkənin müdafiə nazirliyinin bildirdiyinə görə, həmin perspektivdə strateji hədəf, dövlətin gəlir mənbələrinin genişləndirilməsi, həmçinin neft və qaz gəlirlərinə söykənmənin azaldılmasıdır.

Teqlər