Səudiyyəli qırıcılar Yəmənin Sədə vilayətinə bir neçə dəfə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300996-səudiyyəli_qırıcılar_yəmənin_sədə_vilayətinə_bir_neçə_dəfə_hücum_ediblər
Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələri Yəmənin şimalında Sədə vilayətinin müxtəlif bölgələrini azı on dəfə bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2018 09:28 Asia/Baku
  • Səudiyyəli qırıcılar Yəmənin Sədə vilayətinə bir neçə dəfə hücum ediblər

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələri Yəmənin şimalında Sədə vilayətinin müxtəlif bölgələrini azı on dəfə bombalayıblar.

Yəmənin Səba İnformasiya Agentliyinin məlumatına görə, Sədə vilayətində təhlükəsizlik rəsmisi deyib: Amerikalı-səudiyyəli təcavüzkar qırıcılar cümə axşamı günü Səhhar rayonunun Vadi Əlaf bölgəsini yeddi dəfə, Baqim şəhərini iki dəfə, Heydan rayonunda Cümə Bəniz Fazil bölgəsini bir dəfə atəşə tutublar.

Təhlükəsizlik rəsmisi bildirib ki, Ərəbistan ordusunun raket və ağır artilleriya bölmələri də Sədə vilayətində Mənbə rayonunun müxtəlif bölgələrini atəşə tutublar.

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 25 mart 2015-ci ildən Yəmənə hücum edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb.