İraqda keçirilən parlament seçkilərində seçici fəallığı 44.5% olub
May 13, 2018 09:03 Asia/Baku
İraqın Ali Müstəqil Seçki Komissiyasının sədri şənbə günü yaydığı məlumatda İraqda keçirilən dördüncü parlament seçkilərində seçici fəallığının 44.5% olduğunu bildirib.
İRNA-nın məlumatına görə, Kərim Əttəmimi bildirib: İraqda keçirilən dördüncü parlament seçkilərində təqribən 11 milyon nəfər iştirak edib.
İraqda səsvermə haqqına malik olanların sayı 24 milyon nəfərdir.
İraqda dördüncü parlament seçkiləri şənbə günü keçirilib.