May 28, 2018 13:53 Asia/Baku
  • İdlibdə terror qrupları arasında savaş güclənib
    İdlibdə terror qrupları arasında savaş güclənib

Suriyanın İdlib vilayətində oğurlanmış əmlak üstündə terrorçu-təkfirçi qruplar arasında gedən döyüş və terrorlar şiddətlənibdir.

Suriyanın İdlib vilayətində terrorçu-təkfirçi qruplar arasındakı terrorların sayının artması onların arasında savaş və döyüşlərin şiddətlənməsinin nişanəsidir.

Suriyanın Ələxbariyyə telekanalının müxbiri deyib: Türkiyə, onun əlaltıları və "Şamın azad edilməsi şurası"- Heyət Təhrirulşam adlı terror qrupu arasında qənimətlər üstündə gedən rəqabət İdlib vilayətində terrorların misli görünməmiş şəkildə şiddətlənməsinə bais olubdur. Bu terrorlar Heyət Təhrirulşam-ın birinci dərəcəli komandanlarını hədəfə alıbdır. Partlayış və hücumlar bu terror şəbəkəsinin və onun  ünsürlərinin Xan Şiyxun-dan tutmuş Mərət Niman, Səraqəb və Mərət Misrin-dək olan məntəqələr daxil olmaqla bütün İdlib vilayəti boyunca yerləşən qərargahlarını hədəfə alıbdır.

Heyət Təhrirulşam-ın yoxlama-buraxılış məntəqələrinə qarşı bir neçə hücum həyata keçirilib. Bundan əlavə, bir intihar amili öz yanındakı partlayıcı maddəni qərargahların birinin daxilində partladıb. Nəticədə onlarla terrorçu ölüb. Bomba qoyulmuş bir avtomobil də İdlib şəhərinin otuzuncu küçəsində partlayıb və Türküstan özbəkləri terrorçularının mühüm qərargahlarından birini hədəfə alıb. Nəticədə onların bir qrupu ölüb və ya yaralanıbdır. Bu terrorlar hətta bu terror şəbəkəsi özünün buraxıldığını elan etsə belə, dayanmayacaqdır.

Teqlər