Ənsarullah hərəkatı Qüds Günü yürüşündəki milyonluq iştirakına görə Yəmən xalqına təşəkkür etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i311714-Ənsarullah_hərəkatı_qüds_günü_yürüşündəki_milyonluq_iştirakına_görə_yəmən_xalqına_təşəkkür_etdi
Yəmənin Ənsarullah hərəkatının rəhbəri yəmənlilərin Qüds Günü yürüşündəki milyonluq iştirakını gələcək nəsillər üçün fəxr və başucalığı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2018 08:48 Asia/Baku
  • Ənsarullah hərəkatı Qüds Günü yürüşündəki milyonluq iştirakına görə Yəmən xalqına təşəkkür etdi
    Ənsarullah hərəkatı Qüds Günü yürüşündəki milyonluq iştirakına görə Yəmən xalqına təşəkkür etdi

Yəmənin Ənsarullah hərəkatının rəhbəri yəmənlilərin Qüds Günü yürüşündəki milyonluq iştirakını gələcək nəsillər üçün fəxr və başucalığı adlandırıb.

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ənsarullah hərəkatının rəhbəri Seyid Əbdülmalik Bədrəddin Husi Yəmən xalqının ölkənin müharibə şəraitində olmasına baxmayaraq, Qüds Günü yürüşündəki çoxsaylı iştirakına işarə edərək, deyib: Bu iştirak Yəmən xalqının məsuliyyətli və agah bir xalq olduğuna dəlalət edir.

Yəmənlilər Qüds Günü yürüşündə çoxsaylı iştirakı ilə bir daha Fələstin məsələsində öz məsuliyyətini unutmadığını vurğulayıb. Səna, Hüdəydə, Sədə, Həccə, Dəmar, Məhvit, Bəyza, Təiz və Zale şəhərlərində baş tutan Qüds Günü yürüşlərində Fələstinə qarşı işğalçılığa son qoyulmasına təkid edilib.