Trampın Qüdsə qarşı hərəkətindən sonra 340-dan çox fələstinli şəhid olub
"Qüds" araşdırma mərkəzi yeni bir hesabatda bildirib: Amerika prezidentinin işğal olunmuş Qüdsü sionist rejimin paytaxtı kimi tanıdığı zamandan bəri işğal olunmuş ərazilərin müxtəlif nöqtələrində 345 fələstinli şəhid edilib.
"Qüds" araşdırma mərkəzi sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin şiddətlənməsinə işarə edərək, əlavə edib: İşğal olunmuş Qüdsün Donald Tramp tərəfindən sionist rejimin paytaxtı elan olunduğu zamandan bəri sionistlər işğal olunmuş ərazilərin müxtəlif nöqtələrində 71 fələstinli uşaq daxil olmaqla 345 fələstinlini şəhid ediblər.
Digər bir xəbərə görə, İordan çayının qərb sahilində yerləşən əl-Xəlil vilayəti əhalisinin böyük bir hissəsi dünən və bu gün aksiya keçirərək, fələstinli şəhidlərin cəsədlərinin sionist rejim hərbçiləri tərəfindən oğurlanmasına etiraz edib.
Aksiyaçıların əllərində Fələstin bayraqları, şəhidlərin təsvirləri olub. Onlar şüarlar verərək, şəhidlərin cəsədlərinin tez bir zamanda təhvil verilməsini istəyiblər.