Netanyahu İsrailin müharibə nazirliyinə də yiyələndi
İsrail Knesseti baş nazir Benyamin Netanyahunun bu rejimin müharibə nazirliyinə də başçılıq etməsi ilə razılaşıb.
Rusiya Əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, İsrail Knesseti 59 lehinə və 56 əleyhinə səslə Netanyahunu müharibə nazirliyinə başçılıq etməsi ilə razılaşıb.
Netanyahu müharibə naziri Aviqdor Libermanın istefa verməsinin ardınca müvəqqəti olaraq müharibə nazirinin səlahiyyətlərinin icrasını öz üzərinə götürmüşdü.
Liberman 14 noyabrda İsrail rejiminin Fələstinin müqavimət əməliyyatları qarşısında aciz qalmasının ardınca istefa vermişdi.
Fələstinin müqavimət qüvvələri noyabr ayında İsrailin Qəzzə zolağına olan hücumlarına cavab olaraq təqribən 500 raket ilə işğal edilmiş əraziləri hədəfə almışdı. Bu hücum sionistlərə ciddi zərər və ziyan vurmuşdu.