ABŞ-ın Qüdsə qarşı qərarının elan olunmasından bəri 372 fələstinli şəhid olub
Əl-Quds mərkəzi bildirib ki, Amerika prezidenti Donald Trampın Qüdsü işğal olunmuş Fələstinin paytaxtı elan etdiyi 2017-ci il dekabrın 6-dan bəri 372 fələstinli şəhid edilibdir ki, onların 78 nəfəri uşaq olubdur.
Bu mərkəzin bildirdiyinə görə, 43 nəfər bombardman nəticəsində, yeddi nəfər də sionist rejim məhbəsində şəhid olub. Malayziyada terror olunmuş fələstinli Fadi əl-Bətəş də şəhid edilibdir.
Bu məlumata görə, 2018-ci il martın otuzundan başlanmış Qəzzə zolağı sərhədindəki "Qayıdış haqqı" yürüşü şəhidlərinin sayı 2019-cu ilin yanvarınadək 224 nəfərə çatıbdır.
Sionist hərbçilər 2019-cu ilin ilk ayında da beş fələstinlini İordan çayının qərb sahilində, altı fələstinlini isə Qəzzə zolağında şəhid ediblər.
Bu məlumata əsasən, sionist rejim 38 fələstinli şəhidin cənazəsini girov götürüb və onları öz ailələrinə təhvil verməkdən çəkinir.