Apr 02, 2019 11:53 Asia/Baku
  • Hizbullah: Ərəb Liqasının mövqeyi təzadlı idi
    Hizbullah: Ərəb Liqasının mövqeyi təzadlı idi

Livan Hizbullahı Ərəb Liqasının Ərəb və İslam torpaqlarına qarşı təhdidlər ilə mübarizədəki mövqeyini təzadlı adlandırdı.

Əl-Aləm kanalı bildirir: Livan Hizbullahı bazar ertəsi bir bəyanat yayaraq, Ərəb Liqasının Tunis sammitinin yekun bəyanatında Suriyanın işğal altında olan Colan yüksəklikləri və Qüdslə bağlı yer alan fikirləri qeyri-kafi dəyərləndirdi. 

Livan Hizbullahının bəyanatında deyilir: Ərəb ölkələri başçılarının qərarları Ərəb ümmətinin hazırkı həssas durumunun önəmi ilə müqayisədə çox cüzidir və ABŞ-ın Qüds və Colanın yəhudiləşdirilməsinə dair qərarları ilə anlaşmadan başqa bir şey hesab olunmur. 

Livan Hizbullahı Qüds və Colanın azad edilməsinin ərəblərin haqqı olduğunu vurğuladıqları halda, Ərəb ölkələri başçılarının sionist düşmən ilə əlaqələri normallaşdırmağa çalılşmalarını məntiqdən uzaq addım hesab edib. 

Livan Hizbullahı həmçinin, Fələstin xalqının müqavimətini və bütün fitnəkarlıqlara rəğmən "Torpaq günü" yürüşündəki milyonluq iştirakını alqışlayıb. 

Ərəb Liqası Tunisdə keçirdiyi 30-cu sammitində ABŞ prezidenti Donald Trampın Colanı İsrail ərazisi olaraq tanımasına reaksiya olaraq, bu addımı qınamaqla kifayətləniblər. 

Teqlər