İraq Hizbullahı: Amerikanın iradəsinin İraqa qəbul etdirilməsinə icazə verməyəcəyik
-
İraq Hizbullahı: Amerikanın iradəsinin İraqa qəbul etdirilməsinə icazə verməyəcəyik
İraq Hizbullahı batalyonları bildirib ki, iraqlı siyasi qüvvələr heç bir tərəfə Amerikanın muzduru olan şəxsiyyətləri onlara qəbul etdirməyə icazə verməməlidirlər.
İraq Hizbullahı batalyonları dünən gecə bildirib ki, siyasi qüvvələr Bərhəm Salihin bu ölkənin əsas qanununu pozandan sonrakı məsuliyyətsiz rəftarları ilə qətiyyətli mübarizənin aparılmasını istəyirlər.
İraq prezidenti Bərhəm Salih cümə axşamı günü Əlbina koalisiyasının baş nazir vəzifəsinə təklif etdiyi Əsəəd Ələydaninin namizədliyinə qarşı çıxaraq, vəzifəsindən istefa verdiyini bildirdi.
Ələydani İraq parlamentində əksəriyyətdə olan fraksiya- Əlbina koalisiyasının təklif etdiyi seçimdir və bu ölkə konstitusiyasına əsasən, İraq prezidenti yeni baş naziri təqdim etmək vəzifəsinə malikdir.
İraqdakı siyasi qruplar indiyədək bu ölkədə baş nazirlik vəzifəsinə namizədin irəli sürülməsində üstündə razılığa gəlməyiblər.
İraqda aksiyalar oktyabrın birindən və məişət durumuna, sosial xidmətlərin zəifliyinə və geniş korrupsiyaya etiraz olaraq başlandı ki, bu da Adil Əbdulməhdinin noyabrın 29-da baş nazir vəzifəsindən istefa verməsilə nəticələndi.