Ümrə həcci zəvvarlarının Ərəbistana girişi qadağan olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358396-Ümrə_həcci_zəvvarlarının_Ərəbistana_girişi_qadağan_olunub
Ərəbistan xarici işlər nazirliyi koronavirus epidemiyasına görə, Nəbəvi ziyarətgahının ziyarəti və bu ölkəyə ümrə həcci səfərinin müvəqqəti olaraq, qadağan edildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2020 12:17 Asia/Baku
  • Ümrə həcci zəvvarlarının Ərəbistana girişi qadağan olunub

Ərəbistan xarici işlər nazirliyi koronavirus epidemiyasına görə, Nəbəvi ziyarətgahının ziyarəti və bu ölkəyə ümrə həcci səfərinin müvəqqəti olaraq, qadağan edildiyini bildirib.

Ərəbistan xarici işlər nazirliyi bu gün bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq üçün Ərəbisatana olan bütün səyahət və ziyarət vizaları ləğv edilib.

Ərəbistanın səhiyyə nazirliyi bazar günü bildirdi ki, indiyədək bu ölkədə 244 nəfər koronavirusa yoluxub və onlardan 18 nəfər həyatını itiribdir.

Qərbi Asiyada koronavirus epidemiyası xəbərləri ilk dəfə Ərəbistanda yayılıb və cari fevral ayının altısında bu ölkə mediaları iki Hindistan vətədaşının bu virusa yoluxduğunu bildirdi, amma bu xəbər dərhal Ərəbistan rəsmiləri tərəfindən təkzib olundu.

Koronavirus ötən milad ilinin dekabr ayının sonlarında Çinin şərqində yerləşən Hubey əyalətinin Uhan şəhərində müşahidə olundu və hazırda bu ölkənin 30 əyalətindən əlavə, azı 30 ölkəyə, o sıradan Amerika, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, Ərəbistan və BƏƏ-yə sirayət edibdir.