İyun 04, 2020 08:42 Asia/Baku
  • Dəməşq ABŞ-ın Suriyaya qarşı sanksiyalarının şiddətlənməsini kəskin tərzdə pisləyib

Suriyanın xarici işlər nazirliyi dünən bir açıqlamada “Sezar” qanunu adı altında Amerikanın Suriyaya qarşı qəddarcasına sanksiyalarının şiddətlənməsini kəskin tərzdə pisləyib.

SaharAzeri xəbər verir: Suriya xarici işlər nazirliyi bu açıqlamada bildirib ki, “Sezar” qanunu Suriyanın düşmənlərinin əsassız iddiaları əsasında işlənib hazırlanıbdır. Nazirlik qeyd edibdir ki, Amerika hökumətinin bu qanunu qəbul etdirmək üzrə hərəkəti insan haqları və beynəlxalq humanist qanunlarını pozur.

Suriya xarici işlər nazirliyinin açıqlamasında sonra qeyd olunubdur ki, iqtisadi terrorizm terrorizmin o biri üzü olaraq, suriyalıların qanlarını tökür və onların qanları və həyatları bahasına əldə olunmuş nailiyyətləri aradan götürür.

Suriyanın xarici işlər nazirliyi vurğulayıb ki, suriyalılar var gücləri ilə Amerikanın zalımcasına hərəkətlərilə mübarizə aparacaqlar. Nazirlik bildirib ki, amerikalılar döyüş meydanında məğlub olublar və onların muzdluları, yəni terror qrupları da Suriya xalqının müqaviməti qarşısında heç bir iş görə bilməyəcəklər.

2019-cu ildə ABŞ konqresinin qəbul etdiyi “Sezar” qanunu cari milad ayının birindən icra olunur.

Bu qanuna əsasən, Amerika hökuməti suriyalı şəxslərə və müəssisələrə qarşı kəskin sanksiyalar tətbiq etmək və onları sıxışdırmaq niyyətindədir.

Teqlər