BƏƏ-Sionist rejim razılaşması ABŞ-ın Əbu-Dabiyə silah satışının yolunu açır
BƏƏ-Sionist rejim razılaşması ABŞ-ın Əbu-Dabiyə silah satışının yolunu açır
Sionist rejim ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yaxşılaşdırılmasına dair əldə edilmış razılaşma ABŞ silahlarının Əmirliklərə satışının yolunu açacaqdır.
Röyters-in məlumatına görə, sözü gedən razılaşma BƏƏ-ni Misir Və İordaniyadan sonra bu rejimlə müqavilə bağlayan üçüncü ölkəyə çevirib və beləliklə də ABŞ silahlarına xüsusi çıxış əldə edib.
ABŞ-ın Fələstinin işğal olunmuş ərazilərindəki səfiri David Fridman deyib: "BƏƏ İsrail rejiminə yaxınlaşdıqca və onun tərəfdaşı olduqca bir o qədər də ABŞ-ın regional müttəfiqinə çevrilir".
Bu məlumata əsasən, ABŞ sionist rejiminə ərəb ölkələrinə nisbətən daha qabaqcıl silahlar əldə edə bilməsi ilə bağlı qarant verib. Buna misal olaraq, sionist rejimin istifadə etdiyi, Lakin BƏƏ-yə onu almağa icazə verilmədiyi ABŞ-ın F-35 qırıcılarını göstərmək olar.
Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunda Ərəb-İsrail münasibətləri layihəsinin direktoru David Makovsky Röyters-ə müsahibəsində deyib: "Şübhəsiz bu razılaşma Əmirliklərin uğurudur, çünki bundan əvvəl xüsusi texnologiyalardan İsrail rejimi əleyhinə istifadə etmə ehtimalı olduğundan tətbiq edilən məhdudiyyətlərə görə, əldə edə bilmədiyi ABŞ silahlarını bundan sonra satın ala biləcək".
BƏƏ-nin sionist rejimi ilə əlaqələrin normallaşdırılmasına dair əldə etdiyi razılaşma bir çox İslam ölkələri və Fələstinin müqavimət qruplarının kəskin qınağına səbəb olub.