Yəmən ordusu bir daha Əbha hava limanına PUA hücumu keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367048-yəmən_ordusu_bir_daha_Əbha_hava_limanına_pua_hücumu_keçirib
Yəmən silahlı qüvvələrinin sözçüsü Ərəbistanın Əbha beynəlxalq hava limanına qarşı üçüncü ardıcıl PUA əməliyyatından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2020 10:33 Asia/Baku
  • Yəmən ordusu bir daha Əbha hava limanına PUA hücumu keçirib

Yəmən silahlı qüvvələrinin sözçüsü Ərəbistanın Əbha beynəlxalq hava limanına qarşı üçüncü ardıcıl PUA əməliyyatından xəbər verib.

SəhərAzəri xəbər verir, Yəhya Əlsərii bu gün bildirib ki, Ərəbistanın Əbha beynəlxalq hava limanındakı həssas və hərbi nöqtələr «Qasif K2» PUA-sı ilə üçüncü gün dalbadal hədəfə alınıblar.

Yəmən silahlı qüvvələri sözçüsünün dediyinə görə, PUA hücumu Yəmənin mühasirəsi, həmçinin səud təcavüzkarlarının cinayətləri və təcavüzlərinin şiddətlənməsinə cavab olaraq, həyata keçirilir.

Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi dünən səhər də «Səmad-3» tipli bir neçə pilotsuz uçan aparatla Əbha hava limanını hədəfə aldı.

Əbha hava limanı səud koalisiyasının Yəmənə qarşı hücumlarında istifadə edilən qırıcılara yanacaqdoldurma və xidmət məkanıdır.