Dek 21, 2020 14:29 Asia/Baku
  • İnsan haqları təşkilatları Səudiyyə Ərəbistanında din xadimlərinin həbs olunmasına reaksiya göstəriblər

Səudiyyə Əərəbistanında Şeyx Nimr Baqir Əl-Nimrin oğlunun həbs edilməsi insan haqları təşkilatının kəskin reaksiyası ilə üzləşib.

SəhərAzəri xəbər verir, Səudiyyə Ərəbistanın rəsmiləri bu ölkənin şərqində din xadimlərinə qarşı yeni hərəkətlər çərçivəsində bu ölkə şiələrinin görkəmli ruhanisinin oğlu Şeyx Hüseyn Əl-Nimri həbs edib.

Əl-Aləm telekanalının məlumatına görə, bir neçə insan haqları təşkilatı Ərəbistanın şərqində yerləşən şiə sakinli Əl-Şərqiyyə bölgəsində ruhanilərin həbsinin davam etməsini açıq şəkildə qanun pozuntusu və qəbilə ayrı-seçkiliyi kimi xarakterizə ediblər və bu hərəkətlərin Səudiyyə rəsmilərinin insan haqları və azadlıqlara riayət edilməsi və islahatın aparılması ilə bağlı iddialarına zidd olduğunu vurğulayıblar.

Avropa-Səudiyyə İnsan Haqları Təşkilatı da Ərəbistanın şərqində yerləşən Əl-Qətif və Əl-Əhsa bölgələrində din xadimlərinə qarşı mütəşəkkil təcavüzü və həbsləri qınayıb və Səudiyyə rejiminin uzun müddətdir saxta bəhanələrlə bu cür hərəkətlər etdiyini söyləyib.

Həmçinin, digər iki demokratiya tərəfdarı və insan haqları təşkilatı və Əl-Xəlic İnsan Hüquqları Mərkəzi də, əl-Qətif və əl-Əhsaya qarşı edilən vəhşicəsinə hücumları və konkret və şəffaf ittihamlar olmadan ruhanilərə qarşı əsassız və qanunsuz hərəkətləri qınayıblar.

Bu insan haqları təşkilatları vurğulayıblar ki, şiə sakinli bölgələrdə ruhanilərin həbs edilməsi, zalımcasına və hədsiz həbs siyasətinin kəskinləşdiyinin və inanclara xatir ayrı-seçkilik siyasətinin genişlənməsinin yaxşı bir göstəricisidir.

Teqlər