Netanyahuya qarşı etirazlar davam edir
İşğal olunmuş Fələstinin sakinləri şənbə günü axşam bir daha sionist rejimin baş naziri Benyamin Netanyahunun işğal edilmiş Qüdsdə yerləşən yaşadığı binanın qarşısında aksiya keçirərək, onun istefasını tələb ediblər.
SəhərAzəri xəbər verir, İşğal olunmuş Fələstinin sakinləri bu aksiyada Netanyahuya qarşı şüarlar veriblər.
Təhlükəsizlik qüvvələri də nümayişçilərə hücum edərək, azı səkkiz nəfəri həbs ediblər.
Bəzi xəbər mənbələri nümayişçilərin Netanyahunun yaşadığı binanın arxa qapısını bağladıqlarını bildiriblər.
İşğal olunmuş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyasına, eləcə də koronavirusla mübarizədəki zəif fəaliyyətinə qarşı etirazların şahidi olublar.
Netanyahu son aylarda korrupsiya ilə bağlı dörd məhkəmə işinə cəlb olunub. Bu işlər medialarda "1000-ci", "2000-ci", "3000-ci" və "4000-ci" işlər kimi tanınır.
"1000-ci iş" adlandırılan birinci məhkəmə işi, varlı tacirlərdən hədiyyələrin alınması ilə bağlıdır. " 2000-ci iş" adlanan ikinci məhkəmə işi də sionist rejimin baş nazirinin «Yediot Aharonot» sionist qəzetinin sahibi ilə sazişlə əlaqədardır. Həmin saziş rəqib qəzetə məhdudiyyətlərin yaradılması qarşılığında Netanyahunun nazirlər kabineti barədəki xəbərlərin «Yediot Aharonot» qəzeti tərəfindən daha yaxşı işıqlandırılması haqqındadır.
"3000-ci iş" adlandırılan məhkəmə işində isə Netanyahu Almaniyadan nüvə sualtı qayıqlarının satın alınması gedişindəki sövdələşmələrdə ittiham edilir.
"4000-ci iş" də Netanyahu/ Bezek şirkətinin sahibi Şaul Eloviçə milyonlarla dollar məbləğində kreditlər ödəməkdə ittiham olunur.
Sionist rejimin baş prokuroru fevral ayının sonlarında "1000-ci", "2000-ci" və "4000-ci" işlərdə rüşvət, fırıldaqçılıq və «əmanətə xəyanət» ittihamları ilə Netanyahuya qarşı cinayət işi qaldırıbdır.