Mart 14, 2021 09:14 Asia/Baku
  • Türkiyənin yeni hərbi karvanı Suriyanın İdlib şəhərinə daxil olub

Türkiyə ordusunun hərbi silah və sursat daşıyan yeni hərbi karvanı Suriyanın İdlib şəhərinə daxil olub.

SəhərAzəri xəbər verir ki, bu, son on gündə Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərinə daxil olan Türkiyənin üçüncü hərbi karvanıdır.

Türkiyə ordusu Suriyadakı qanunsuz iştirakı və işğalçılığının davamında indiyədək İdlib vilayətində yetmiş yeddi hərbi baza və yoxlama-buraxılış məntəqəsi yaradıbdır.

Türkiyə ordusu terrorçularla mübarizə bəhanəsilə iki ildən çox müddət öncə Suriyanın bəzi bölgələrini işğal edib və Türkiyə hərbçilərindən bir qrupu hələ də bu bölgələrdə iştirak edir.

Türkiyə ordusunun Suriyaya qarşı basqınları bu ölkənin xalqı və hökuməti, həmçinin dünya ictimaiyyəti tərəfindən pislənibdir.

Teqlər