Apr 16, 2021 01:25 Asia/Baku
  • İsrail rejiminin qüvvələri Əl-Əqsa məscidində namazdan çıxanlara hücum etdi

İsrail rejiminin qüvvələri Əl-Əqsa məscidində namaz qılıb evlərinə qayıdan fələstinlilərə hücum edib. Hadisələrdə 5 fələstinli həbs edilib.

SəhərAzəri Deyerler.org-a istinadən xəbər verir ki, fələstinlilər İsrail rejiminin işğalı altında olan Qüdsün İçərişəhərində yerləşən Əl-Əqsa məscidində Ramazan ayı gecələrində namaz qılmağa davam edirlər. İsrail rejiminin qüvvələri Əl-Əqsa məscidində namaz qılındıqdan sonra evlərinə qayıdan fələstinlilərə hücum edib.

Hadisə şahidləri İsrail rejiminin qüvvələrinin fələstinliləri İçərişəhərin əsas qapılarından Dəməşq qapısına çatarkən hücum etdiklərini bildiriblər.

Təkbir və şüar səsləndirən fələstinlilərə İsrail rejiminin qüvvələri səs bombası ilə və atlı polislərlə müdaxilə edib.

Hadisələrdə 5 fələstinlinin saxlanıldığı və yaralananların olmadığı bildirilib.

Teqlər