Apr 24, 2021 23:06 Asia/Baku
  • İordaniya: “Qüdsə edilən hər hücum atəşlə oynamaqdır”

İordaniyanın xarici işlər naziri Əymən Əs-Səfadi işğal altındakı Qüds şəhərinin köhnə hissəsinə sionistlərin hücumlarını qınayıb və bunun doğuracağı nəticələrlə bağlı xəbərdarlıq edib.

SəhərAzəri  Deyerler.org-a istinadla  xəbər verir ki, Əymən Əs-Səfadi Tvitter üzərindən sionistlərin fələstinlilərə qarşı hücumlarına reaksiya olaraq, bunları yazıb: “İşğal altındakı Qüdsün köhnə hissəsinə edilən irqçi hücumları qınayırıq və nəticələri barədə xəbərdarlıq edirik”.

 O, sionistlərin irqçi hücumlarına qarşı Qüds xalqını qorumaq üçün təsirli beynəlxalq fəaliyyətə ehtiyac olduğunu vurğulayaraq, belə deyib: “Beynəlxalq hüquqa görə, işğalçı rejimin səlahiyyətliləri bu təcavüzləri dayandırmağa cavabdehdirlər”.

 İordaniyanın xarici işlər naziri, Qüdsün qırmızı xətt olduğunu və istənilən hücumun atəşlə oynamaq olduğunu söyləyib.

 Fələstinli gənclərlə işğalçı rejimin təhlükəsizlik qüvvələri arasında toqquşmalar aprelin 22-si axşamdan etibarən şiddətlənib.

Teqlər