İraqlı ruhani liderdən növbəti açıqlama
Müqtəda Sədr: “Fələstinə kömək etməyə hazırıq”
May 13, 2021 17:15 Asia/Baku
İraqdakı Sədr hərəkatının lideri HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyə və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə ilə telefon danışığında Fələstin xalqını dəstəkləməyə hazır olduğunu vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İraqdakı Sədr hərəkatının ofisindən verilən açıqlamaya görə, Seyid Müqtəda Sədr Fələstin Müqaviməti liderlərindən Fələstindəki vəziyyəti, xüsusən Qüdsdə və Qəzza zolağında baş verənləri öyrənib.
O, Fələstin xalqını və mücahidlərini dəstəkləməyə tam hazır olduğunu vurğulayıb və mücahidləri misilsiz qəhrəmanlıqlar göstərmələri münasibətilə təbrik edib və bunu çəkindirmə inqilabı adlandırıb.