Seyid Həsən Nəsrullah vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i379729-seyid_həsən_nəsrullah_vətəndaş_müharibəsi_ilə_bağlı_xəbərdarlıq_edib
Livan Hizbullahının baş katibi ölkəni vətəndaş müharibəsinə sürükləmək üçün düşmənin fitnəsi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2021 09:29 Asia/Baku
  • Seyid Həsən Nəsrullah vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq edib

Livan Hizbullahının baş katibi ölkəni vətəndaş müharibəsinə sürükləmək üçün düşmənin fitnəsi barədə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah "Xəldə" bölgəsində baş verən hadisələrə münasibət bildirərkən, deyib: "Bəziləri Hizbullahla döyüşmək üçün silah gətirmək niyyətindədirlər, amma biz düşmənin planlaşdırdığı istiqamətə getmiyəcəyik".

Qeyd edək ki, silahlı şəxslər cari həftənin şənbə günü Beyrutun cənubunda yerləşən "Xəldə" bölgəsində, Livan Hizbullahının üzvü şəhid "Əli Şəbli"nin dəfn mərasimində iştirak edənlərə doğru atəş açdılar ki, nəticədə 4 nəfər öldürüldü, 10 nəfər isə yaralandı.

Seyih Həsən Nəsrullah sözlərinin davamında bu hərəkatın qarşıdurmaya sürüklənməsinin düşmənin vətəndaş müharibəsi başlatma qərarı anlamına gəldiyini bildirərək, əlavə edib: "Düşmənlərin fitnələri Livanın keçmiş baş naziri Səəd Həririnin Ərəbistanda həbs edilməsindən sonra başlayıb".

Səəd Həriri 2017-ci il noyabrın 4-də Ərəbistanının Ər -Riyad şəhərində demək olar ki, həbs edildi və səud rejiminin təzyiqi ilə istefa verdi.