Avq 08, 2022 12:19 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi bazar günü gecə deyib: Aydın məsələdir ki, bu gün atəşkəs ardınca olan İsrail rejimidir, çünki o, artıq, daha çox raketlərə dözə bilmir və müqavimət raketləri sionist rejimi atəşkəsi qəbul etməyə məcbur edib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah söyləyib: Fələstinin cavab vermək şücaətinə təkid edirəm, zira əgər şəhid Əl-Cəbərinin terror edilməsi cavabsız qalsaydı, sionist rejim bu işi davam etdirərdi.

Livan Hizbullahının baş katibi əlavə edib: Qəzzə əhalisinin müqaviməti yüksək qiymətləndirilməlidir.

O, deyib: Fələstindəki müqavimət Livandakı müqavimət kimi öz xalqını müdafiə edə, həmçinin himayə, çəkindiricilik və sionist düşmənə öz şərtlərini qəbuletdirmə sahəsində yeni parametrləri sübuta yetirə bildi.

Nəsrullahın sözləri müqavimət raketlərinin sionist rejimi atəşkəsi qəbul etməyə məcbur etməsindən sonra bəyan edilir.

 

Teqlər