“Əhrar-əl-Əraq” “Zelikan” bazasına raket hücumunun məsuliyyətini üzərinə götürüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i395546-Əhrar_əl_Əraq_zelikan_bazasına_raket_hücumunun_məsuliyyətini_üzərinə_götürüb
İraq Azadələr Diviziyası- “Ləva Əhrar-əl-Əraq”, şənbə günü gecə İraqın şimalında yerləşən “Zelikan” bazasına qarşı raket hücumunun məsuliyyətini üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2022 08:08 Asia/Baku
  • “Əhrar-əl-Əraq” “Zelikan” bazasına raket hücumunun məsuliyyətini üzərinə götürüb

İraq Azadələr Diviziyası- “Ləva Əhrar-əl-Əraq”, şənbə günü gecə İraqın şimalında yerləşən “Zelikan” bazasına qarşı raket hücumunun məsuliyyətini üzərinə götürüb.

SəhərAzəri-nin məlumatına əsasən, “Ləva Əhrar-əl-Əraq” bildirib ki, sözügedən hərbi bazanı 122 millimetrlik kalibrli dörd “Qrad” raketi ilə Mosul vilayətində hədəfə alıbdır.

Bu müqavimət qrupunun bildirdiyinə görə, qeyd olunan hücum, İraq vaxtı ilə saat 21-00-da həyata keçirilib.

Bundan qabaq informasiya qaynaqları “Zelikan” bazasında dörd güclü partlayış səsinin eşidilməsindən xəbər vermişdilər.

Türkiyə qüvvələri məhz İraqın şimalında yerləşən “Bəəşiqə” bölgəsindəki “Zelikan” bazasında yerləşiblər.

İraq hökuməti və iraqlı rəsmilər dəfələrlə Türkiyədən İraqın şimalındakı işğalçılığına son qoyub, qüvvələrini oradan çıxarmasını istəyiblər.

Onlar həmçinin Türkiyə ordusunun İraqın şimalına qarşı intensiv aviasiya və artilleriya hücumlarını öz ölkələrinin suverenliyinin pozulması adlandırıb, ona son qoyulmasını tələb ediblər.