Hizbullah Seyid Həsən Nəsrullahın şəhadətini təsdiqləyib
Sen 28, 2024 16:09 Asia/Baku
Hizbullah Livanın İslami müqavimət hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın şəhadətini təsdiqləyib.
Hizbullahın şənbə günü yaydığı bəyanatda deyilir: "Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah, otuz ilə yaxındır ki, onların yolunu tutduğu böyük və ölməz şəhid yoldaşlarına qoşuldu".
“Seyid Həsən Nəsrullah cümə günü axşam saatlarında Beyrutun cənubunda İsrailin kütləvi hücumu nəticəsində şəhid oldu”, - deyə bəyanatda əlavə olunub.