Ərriyad iclasının yekun bəyanatında Fələstin xalqına qətiyyətli dəstək verilib
Ərəb və islami ölkələrin dövlət başçılarının Ərriyadda keçirilən sammitinin iştirakçıları Fələstin məsələsinin mehvərliliyinə, həmçinin öz qanuni və milli hüquqlarına çatmaq istiqamətində bu ölkə xalqına qətiyyətli dəstəyə təkid ediblər.
İclas iştirakçıları dünən qəbul etdikləri bəyanatda müstəqil ölkəyə, azadlığa və suverenliyə malik olmaq haqları da daxil olmaqla Fələstin xalqının hüquqlarının himayə olunmasını vurğulayıblar.
Bəyanatda həmçinin 194 saylı qətnamə xüsusiyyət təşkil etməklə əlaqədar beynəlxalq qətnamələrə əsasən, didərginlərə kompensasiyanın ödənilməsinə və fələstinli didərginlərin qayıtma hüquqlarına təkid olunub.
Qeyd edilən bəyanatda sonra belə deyilir: Fələstin məsələsi işğalçılıqdan xilas olmaq üçün mübarizə aparan xalqların bütün ədalətli məsələləri kimidir. İsrail rejiminin qəsb olunmuş Şərqi Qüdsün yəhudiləşdirilməsi və onun işğalının möhkəmləndirilməsi istiqamətindəki hər hansı addım və qərarı rədd edilir- deyə, bəyanatda vurğulanır.
İclas iştirakçıları həmçinin Fələstin dövlətinin Fələstinin əbədi paytaxtı kimi Qüdsə tam hakimiyyətinə təkid ediblər.
Lİvan Respublikasına, habelə onun təhlükəsizliyi, sabitliyi və suverenliyinə, eləcə də onun vətəndaşlarının təhlükəsizliyinə mütləq dəstəyə təkid edən bəyanatda öncəki iclasın qərarları və İsrail rejiminin Qəzzəyə və Livana qarşı təcavüzkarlığı ilə mübarizə xüsusilə vurğulanıb.
Bəyanatda habelə sionist rejim ordusunun dəhşətli cinayətləri və Qəzzədəki soyqırım pislənilib. Bundan əlavə, Ərriyad sammitinin iştirakçıları Livanda təcilil atəşkəsin bərqərar edilməsi və 1701 saylı qətnamənin tam şəkildə icra olunmasını tələb ediblər.
Bəyanatda həmçinin beynəlxalq orqanların və dünya ictimaiyyətinin diqqətsizliyi üzündən Suriya və İranın suverenliklərinin pozulmasının təhlükələri haqda xəbərdarlıq edilib.