Yəmənin Səədə vilayətində silahlı qüvvələrə dəstək yürüşü keçirilib.
Sen 19, 2026 18:52 Asia/Baku
Yəmən xalqı Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Husinin çağırışı ilə genişmiqyaslı yürüş keçirib.
Yəmən vətəndaşları bu gün, cümə günü, ölkənin şimal-qərbində yerləşən Səədə vilayətində Ənsarullah lideri Əbdülməlik əl-Husinin çağırışına cavab olaraq geniş yürüş keçiriblər.Yürüş iştirakçıları “Silahlı qüvvələrə dəstək və mühasirəyə qarşı mühasirə tənliyi” şüarı səsləndirərək, Yəmən silahlı qüvvələrinə dəstəklərini bildiriblər.Yürüş zamanı Yəmən vətəndaşları Səudiyyə Ərəbistanının Yəmən Silahlı Qüvvələrinin “Məkkeyi-Mükərrəmə”ni hədəfə aldıqlarına dair iddiasını yalan adlandıraraq rədd ediblər.