Yəmən ordusu Babül-Məndəb boğazında nəzarətini genişləndirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423880-yəmən_ordusu_babül_məndəb_boğazında_nəzarətini_genişləndirir
Yəmən ordusunun yüksək rütbəli hərbi mənbəsi Babül-Məndəb boğazının təhlükəsizliyini təmin etmək məqsədilə Ləhic vilayətinin Rəs əl-Arə və Əl-Məzaribə bölgələrinin geniş ərazilərinin azad edildiyini bildirib.
(last modified 2026-11-16T08:22:29+00:00 )
Noy 16, 2026 12:21 Asia/Baku
  • Yəmən ordusu Babül-Məndəb boğazında nəzarətini genişləndirir

Yəmən ordusunun yüksək rütbəli hərbi mənbəsi Babül-Məndəb boğazının təhlükəsizliyini təmin etmək məqsədilə Ləhic vilayətinin Rəs əl-Arə və Əl-Məzaribə bölgələrinin geniş ərazilərinin azad edildiyini bildirib.

Yəmənin yüksək rütbəli hərbi mənbəsi “Əl-Məyadin” telekanalına verdiyi müsahibədə deyib: “Birləşmiş Ərəb Əmirliklərinə və Səudiyyə Ərəbistanına bağlı silahlı qruplaşmalarının on minlərlə üzvü Ləhic vilayətinin Rəs əl-Arə və Əl-Məzaribə bölgələrinin geniş ərazilərindən geri çəkilib.Hərbi mənbənin sözlərinə görə, həftələrlə davam edən toqquşmalardan sonra Səudiyyə Ərəbistanının dəstəklədiyi muzdlular Ədən şəhərinə doğru geri çəkiliblər.Mənbə həmçinin bildirib ki, Yəmən ordusu əməliyyat çərçivəsində 3 min kvadratkilometrdən çox strateji ərazini azad edib.Onun sözlərinə görə, bu əməliyyatlar Babül-Məndəb boğazının təhlükəsizliyini təmin etmək və Təiz vilayətinin müxtəlif bölgələrini qorumaq məqsədilə həyata keçirilib.