İyun 27, 2020 11:53 Asia/Baku
  • Ermənistanda son sutkada daha 662 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb

Ermənistanda son sutkada daha 662 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 23909 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 11 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı  421 nəfər olub.

İndiyədək xəstəlikdən sağalanların sayı 12911 nəfərdir. 10445 nəfərin müalicəsi davam edir. 

Teqlər