İyun 27, 2020 13:15 Asia/Baku
  • Ermənistan koronavirusla bağlı vəziyyətə görə antiepidemiya tədbirlərini daha da sərtləşdirir

Ermənistan hakimiyyəti ölkədə koronavirusla bağlı vəziyyətə görə antiepidemiya tədbirlərini daha da sərtləşdirmək niyyətindədir.

SəhərAzəri xəbər verir, Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. O, söhbətin məhz hansı addımlardan getdiyini dəqiqləşdirməyib. Paşinyan əlavə edib ki, "sərtləşdirmələr paketi" ən müxtəlif olacaq.

Onun sözlərinə görə, Ermənistan hər 1 milyon əhaliyə düşən COVID-19-a yoluxma hallarının sayına görə, dünyada liderdir və bu böyük problemdir.

O, əlavə edib ki, cəmiyyətdə təhlükəsizlik qaydalarına riayət etmə ehtiyacının mütləq dərk edilməsi yoxdur.

Xatırladaq ki, Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə üçün martın 16-dan iyulun 13-ə qədər fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə təhlükəli virusa 23,2 min yoluxma aşkarlanıb, 12,4 min pasiyent sağalıb, 410 nəfər isə ölüb.

 

Teqlər