İyun 29, 2020 11:15 Asia/Baku
  • Ermənistanda koronavirusa yoluxanların sayı 25 min nəfəri keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 25 127 nəfərə çatıb.

SəhərAzəri Trend-ə istinadla xəbər verir, son sutka ərzində 482 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 433 nəfər koronavirusdan ölüb, 11 397 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Teqlər