İyul 11, 2020 12:00 Asia/Baku
  • Ermənistanda virusdan daha 13 nəfər ölüb

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 489 nəfər artaraq 31 392 nəfərə çatıb.

SəhərAzəri - Report, RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.

Eyni zamanda son bir gündə Ermənistanda 13  nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 559-a yüksəlib.

Qeyd olunub ki, virusa yoluxan 19 419 pasiyent sağalıb. Hazırda 11 234 nəfər infeksiyadan müalicə olunur.

Teqlər