İyul 31, 2020 09:40 Asia/Baku
  • Gürcüstanda COVID-19-a yoluxanların sayı artdı

Gürcüstanda daha 8 nəfər koronavirusa yoluxub, 5 pasiyent sağalıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da Gürcüstanda COVID-19-a ümumi yoluxma göstəricisi 1 168 nəfərə, sağalanların sayı isə 940 nəfərə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib. 211 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Gürcüstan üzrə karantində 6 489 nəfər, tibbi nəzarətdə isə 337 nəfər saxlanılır.

Teqlər