Yan 10, 2021 20:56 Asia/Baku
  • Putin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə üçtərəfli görüş öncəsi Rusiya TŞ-nin üzvləriylə iclas keçirib

Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistan Baş naziri ilə üçtərəfli görüş öncəsi iclas keçirib.

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti Ilham Əliyev  və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş öncəsi iclas keçirib. İclasda Dağlıq Qarabağ məsələsinin nizamlanması  və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
Iclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.

Qeyd edək ki, sabah Moskvada Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

Teqlər