Fev 24, 2021 09:22 Asia/Baku
  •  1600 erməni hərbçisi hələ də itkindir

İkinci Qarabağ müharibəsindən 3 ay yarım keçsə də, 1600 erməni hərbçisinin taleyindən xəbər yoxdur.

SəhərAzəri xəbər verir ki, İkinci Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərlə bağlı yeni statistika açıqlanıb.

Ermənistanda Əsgərlərin Sığortalanması Fondunun direktoru Varujan Avetikyan bildirib ki, döyüşlərdə iştirak edən 1 600 hərbçidən hələ də bir xəbər yoxdur və onlar itkin düşmüş sayılırlar.

Fond rəhbərinin sözlərinə görə, fevralın 10-dan başlayaraq itkin düşmüşlərin ailələri onların yaxın qohumunun itkin düşmüş kimi tanınması üçün məhkəməyə müraciət edə bilərlər.

Qeyd edək ki, üçtərəfli sazişin imzalanmasından bəri 1200-dən çox erməni hərbi qulluqçusunun cəsədi Ermənistana qaytarılıb. 

Teqlər