Apr 09, 2021 10:27 Asia/Baku
  • Gürcüstanda matəm günü elan olundu

Gürcüstanda aprelin 10-u matəm günü elan olunub.

SəhərAzəri:“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

 Sabah Gürcüstanda faciəvi şəkildə həlak olan işğalda saxlanılan Abxaziyada yaşayan Gürcüstan vətəndaşlarının xatirəsi anılacaq.

 Qərara əsasən, sabah ölkə ərazisində dövlət bayraqları endiriləcək.

 Xatırladaq ki, aprelin 7-də 4 Gürcüstan vətəndaşı Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə İnquri çayını keçməklə daxil olmağa cəhd edərkən boğularaq ölüblər.

 

Teqlər