İyun 07, 2021 12:27 Asia/Baku
  • Rusiyalı ekspert KTMT-nin mina xəritələri məsələsindəki rolundan danışdı

Rusiyalı ekspert bildirib ki, İrəvanın mina xəritələrini verməsi üçün KTMT-nin potensialından istifadə edilməlidir

 SəhərAzəri-nin məlumatına əsasən, Trend-ə rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredixin deyib: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) potensialından mümkün qədər çox istifadə etmək lazımdır, İrəvan məhz bu təşkilata minalanmış ərazilərin xəritələri təqdim edəcək.

Mütəxəssis qeyd edib ki, bu gün Qarabağ bütün Cənubi Qafqaz üçün münasibətlərin yenidən formatlanma nöqtəsidir.

Onun sözlərinə görə, orada sülh olacaqsa, bütün bölgədə sülh olacaq, yenidən gərginlik başlayacaqsa, genişmiqyaslı müharibə başlayacaq.

A.Bredixin insanların dinc həyata qayıtmalı olduğunu və bunun üçün yalnız Bakı deyil, İrəvanın da maksimum səy göstərməsini vurğulayır.

Lakin onun sözlərinə görə, azad edilmiş ərazilərdə mina təhlükəsi davam etdikcə, qaçqınlar öz evlərinə dönə bilməyəcəklər.

Teqlər