Noy 21, 2021 11:42 Asia/Baku
  • Sünik rayonuna getməməyə çağırılıb

ABŞ səfirliyi ölkəsinin vətəndaşlarını Ermənistanın cənubunda yerləşən Sünik rayonuna səfər etməməyə çağırıb.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə,“armeniasputnik.am” saytı bildirib ki, ABŞ-ın Ermənistandakı səfirliyi Karaunc-David-Bek və Qafan-Çakaten sahələrində Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin güclənməsi ilə əlaqədar ABŞ vətəndaşlarını bu ərazilərə səfər etməməyə çağırıb.
Qeyd edilib ki, M2 və M17 avtomagistrallarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi barədə məlumatlar daxil olur: “Səfirlik əməkdaşları və ailə üzvlərinə çox ciddi ehtiyac olmadan bu magistrallarda hərəkət etmək qadağandır”.
Səfirlik ABŞ vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdən də uzaq olmağa çağırıb.

Teqlər