Yan 06, 2022 14:35 Asia/Baku
  • Qazaxıstana KTMT qüvvələrini Paşiniyan göndərib

KTMT-nin tarixi ərzində blokun nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 4-cü maddəsi ilk dəfə işə düşüb və bu ilkə Ermənistan baş naziri Nikol Paşiniyan imza atıb.

 

SəhərAzəri-nin məlumatına əsasən,Qazaxıstana KTMT kollektiv sülhməramlı qüvvələrinin yeridilməsi barədə qərarı Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edib.

 

Paşinyan indi Ermənistanın baş naziri qismində KTMT-yə sədrlik edir, onun sədrliyi 2022-ci il yanvarın 1-dən başlayıb və bu hərbi blokun mövcudluğu tarixində ilk dəfə kollektiv qüvvələrin üzv ölkələrin köməyinə göndərilməsi barədə qərarı qəbul etmək də onun üzərinə düşüb.

Paşinyan ötən gün gecə saatlarında özünün Facebook səhifəsində bu haqda qərarı elan edib. Bildirib ki, KTMT-nin kollektiv təhlükəsizlik Şurasının sədri olaraq Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin yeridilməsi barədə qərar qəbul edib.

Onun bildirdiyinə görə, KTMT hərbi qüvvələri məhdud zaman çərçivəsində, ölkədə vəziyyətin normallaşması və stabilləşməsi məqsədi ilə Qazaxıstana göndərilir.

“Qərar Qazaxıstan Respublikasının prezidenti K.J.Tokayevin müraciəti əsasında və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə, suverenliyinə o cümlədən xaricdən müdaxilə nəticəsində yaranmış təhdid nəzərə alınaraq qəbul edilir”, - Paşinyan bildirir.

Paşinyanın bu qərarını çox keçmədən Kremlin rəsmi saytı dərc edib. Qərara veto qoyan olmadığından KTMT kollektiv qüvvələrinin Qazaxıstana yeridilməsi üçün maneə qalmır.

İlkin məlumatlara görə Qazaxıstana yeridilən ilk KTMT qüvvələri əslində Rusiya hərbçilərindən ibarət olub.

Bəzi analitiklərə görə Qazaxıstanda baş verənlərdə bütün hallarda qazanan Rusiya olacaqdır.

Moskva “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üzərindən keçən Orta Dəhlizin aktuallığını azaldır və bu marşruta nəzarəti gücləndirir  Deyilənlərə görə ABŞ-ın Əfqanıstandan çıxmasından sonra bu prosesdə Vaşinqton və Moskvanın gizli anlaşması da istisna deyildir.

Baş verənlər TDT-nin taleyinə də kölgə salır. Belə ki, bəzilərinin qənaətincə Bölgə ölkələri Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyaya ehtiyatla yanaşacaq;

Teqlər