İyun 20, 2022 12:57 Asia/Baku
  • Gürcüstanda Azərbaycan kəndinin lövhələri dağıdılıb

Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndinin adı yazılan lövhələrə qarşı vandalizm törədilib.

SəhərAzəri-nin Report.az-a istinadən verdiyi məlumata görə,bir lövhə odlu silahdan atəşə tutulub, digərinin üzərindəki kəndin adı isə boya ilə rənglənərək görünməz hala salınıb.

Məlumatda deyilir ki, lövhələrdən biri iki ay əvvəl güllə ilə deşik-deşik edilib, yararsız hala salınıb. İkinci lövhəyə qarşı vandalizm faktı isə bu günlərdə baş verib.

Təxribatın kəndin lövhədəki Azərbaycan dilində olan adını hədəfə aldığı təxmin edilir.

Məsələ ilə bağlı aidiyyəti qurumlar və polis məlumatlandırılıb.

Hər iki lövhənin hazırkı vəziyyətini əks etdirən fotoşəkillər sosial şəbəkələrdə yayılıb. Azərbaycanlılar vandalizmə əl atanların müəyyən olunaraq cəzalandırılmasını tələb edirlər.

Teqlər