İyun 11, 2015 13:20 Asia/Baku
  • Yəməndə Ərəbistana qarşı aksiya keçirilib
    Yəməndə Ərəbistana qarşı aksiya keçirilib

Yəmənin şimalında bu ölkə vətəndaşları Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsinə etiraz olaraq aksiya keçiriblər.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Yəmənin şimalında Couf vilayətində vətəndaşlar Ərəbistanın hücumlarının davam etməsinə etiraz əlaməti olaraq aksiya keçirərək bu hücumları pisləyiblər.
ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hava hücumlarının dayandırılması məzmununda şüarlar səsləndirən etirazçılar bildiriblər ki, var-gücləri ilə Yəmənə qarşı məkrli planlar hazırlayanların qarşısında dayanacaqlar.
Yəməndən əldə olunan məlumata görə, Yəmən ordusu və xalq qüvvələri yeni əməliyyatda Couf vilayətində onlarla terrorçunu öldürüb və bir qrup terrorçunu da həbs ediblər.
Yəmən ordusu və xalq qüvvələri həmçinin Couf vilayətində əl-Xəncər bazasını ələ keçirərək Ərəbistandan Yəmənə təkfirçi terrorçuların ezam olunması prosesinin qarşısını alıblar.
Yəmən ordusu və xalq komitələri Yəmənin mərkəzində Marib vilayətinin əl-Cədan məntəqəsində də irəliləyiblər.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın təcavüzkarlığına reaksiyada bu ölkənin Zəhran vilayətindəki hərbi bazasını raketlə atəşə tutublar.

Teqlər