Zəhərli güllələrlə fələstinlilərin aksiyasına hücum
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194787-zəhərli_güllələrlə_fələstinlilərin_aksiyasına_hücum
Sionist rejim hərbçiləri dünən zəhərli güllələrdən istifadə edərək, İordan çayının qərb sahilindəki Ramullah şəhərinin Bələyn kəndində keçirilən həftəlik aksiyanı yatırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2015 06:05 Asia/Baku
  • Zəhərli güllələrlə fələstinlilərin aksiyasına hücum
    Zəhərli güllələrlə fələstinlilərin aksiyasına hücum

Sionist rejim hərbçiləri dünən zəhərli güllələrdən istifadə edərək, İordan çayının qərb sahilindəki Ramullah şəhərinin Bələyn kəndində keçirilən həftəlik aksiyanı yatırıblar.

IRIB-nin Fələstinin Səma xəbər agentliyinə istinadlı məlumatına görə, sionist rejim hərbçiləri rezin güllələr, səs qumbaraları və gözyaşardıcı qazdan istifadə edərək, Bələyn kəndində fələstinli aksiyaçılara basqın edib və onlardan onlarla nəfəri zədələyiblər.
Bələyn kəndi sionist rejimin qəsəbəsalmalarının davam etməsi və rasist ayırıcı divara qarşı həftəlik aksiya sənhəsidir.
Aksiya iştirakçıları Fələstin bayrağını daşıyıb, milli şüarlar verərək, fələstinli əsirlərin azad olunmaları və Fələstinin işğalına son qoyulmasını istəyiblər.