İyun 26, 2015 08:53 Asia/Baku
  • Yəmən ağır atəş altında
    Yəmən ağır atəş altında

Ərəbistan qırıcıları və bombardmançı təyyarələri bir daha Yəmənin şimal və cənubunda bir sıra yerləri bombalayıblar.

Yəmənin əl-Məsirə informasiya kanalı bildirir ki, Ali-Səud rejiminin bombardmançı təyyarələri Sədə və Həccə vilayətlərində yaşayış massivləri və sivil infrastrukturları bombardman ediblər. Bu hücum nəticəsində bir qrup sivil vətəndaşın həyatını itirməsi ilə yanaşı, infrastruktur təsisatlara və əkin sahələrinə də ciddi zərər və ziyanlar dəyib.
Ərəbistanın bombardmançı təyyarələrinin Ədən və Ləhəc vilayətinə ilan hücumları zamanı da bir neçə mülki həyatını itirib.
Əl-Məsirə həmçinin bildirir ki, ordu və xalq qüvvələri Ədən vilayətində əl-Qaidə terrorçuları ilə toqquşublar. Bu zaman terrorçulara məxsus olan və bomba düzəldilməsi üçün istifadə olunan bir emalatxana məhv edilib. Onlarla terrorçu ölüb və yaralanıb.
Müqavimət qüvvələrindən biri əl-Məsirə kanalı ilə müsahibədə deyib: əl-Qaidə terrorçularını harda olmalarından asılı olmayaraq, tapacağıq.
O həmçinin deyib: terrorçuların məqsədi Yəmən xalqı və İslam ümmətini məhv etməkdir.

Teqlər