Avq 24, 2015 15:27 Asia/Baku
  • İraq Kürdüstan məntəqəsi neftinin Sionist rejimə satılması
    İraq Kürdüstan məntəqəsi neftinin Sionist rejimə satılması

İngilis dilində çıxan bir qəzet İraq Kürdüstan məntəqəsindən Fələstinin işğal olunmuş ərazisinə neftin ixrac edildiyini bildirib.

Qüds Xəbər Agentliyi bu gün bir məlumatda İngilis dilində çıxan Faynaşnal Taims qəzetinə istinadən yazıb: Ötən bir neçə ayda Sionist rejim neftinin təxminən 75 faizi İraq kürdüstanından ixrac edilmişdir.
Daxil olan məlumata əsasən , Sionist rejim ötən aydan etibarən İraq Kürdüstanı bölgəsində 19 milyon barel neft alıb və iki tərəf arasında imzalanmış müqavilənin dəyəri bir milyard cuvarında olduğu iddia olunur. Bu əsnada İraq Kürdüstan məntəqəsinin hökumət müşavirləri bu məntəqə neftinin bir başa ya dolayısı Sionist rejimə satılması barədə danışmaqdan imtina edibdir. Eyni zamanda Kürdüstan məntəqəsinin bu məsul şəxsi əlavə olaraq deyib: Satılan neftin hara getdiyi önəmli deyil . Hökumət işçiləri maaşının mali gəlirlərinin təmin edilməsi vacibdir.
Bu məlumata elə bir halda medialarda səsləndirilib ki , İraqın Kürdüstan məntəqəsinin qanunsuz neftinin satışı mövzusu bu bölgənin Bağdad Mərkəzi hakimiyyəti ilə əlaqələrin sərinləşməsinin mühüm səbəblərindən biri sayılır.

Teqlər